Baş səhifə Elmi iş Elmi məqalələr Ədəbiyyat Mətbuatdan Video Əlaqə
Cahid İsmayıloğlu













MÜNDƏRİCAT
Baş səhifə
Elmi iş
Məqalələr
Elmi məqalələr
Ədəbiyyat
Mətbuatdan
Rəylər
Video
Foto albom

 
| More

 

 

Cahid İsmayıloğlu. XI yüzilliyin tarixi onomastik leksikası (Mahmud Kaşğarlının «Divanü lüğat-it-türk» əsəri əsasında). Bakı: «Elm» nəşriyyatı, 2008, – 231 s.

MÜƏLLİFDƏN

Kaşğarlı Mahmud yalnız orta çağdakı Türküstan mədəniyyəti, elmi və ədəbiyyatının ən böyük şəxsiyyəti deyil, dünya mədəniyyətinə, türkoloji aləmə əvəzsiz xidməti olan bir insandır. Onun «Divanü lüğat-it türk» adlı əsəri yalnız Türküstandakı türk xalqlarının deyil, özünün də yazdığı kimi Çindən ta Qaradənizə, Ağdənizə qədər, yəni Avrasiyada, hətta Afrikada yaşamış və bu gün də yaşayan türk xalqlarının qürur duyduqları bir abidədir.
«Divanü lüğat-it-türk» türk dili və ədəbiyyatı ilə yanaşı, türk etnik tarixinin, coğrafiyasının, etnoqrafiyasının, folklorunun, mifologiyasının, bir sözlə, türk mədəniyyətinin ilk ensiklopediyasıdır. Bu əsər Türkün ən qədim, ən sağlam, ən təmiz dil və mədəni mirası olması baxımından heç bir vaxt qiymətini itirməyəcəkdir. Buna görə də aşkara çıxdığı zamandan günümüzədək dünya türkoloqlarının araşdırma möv­zusu, müzakirə obyekti və ən dəyərli istinad mənbəyi olaraq qalmaqdadır.
Hörmətli oxuculara təqdim etdiyimiz kitab da Kaşğarlı Mahmud və onun «Divan»ı haqqında yazılanlardan bir damladır. Bizdən sonra da, şübhəsiz mövzu üzərində yüzlərlə araşdırıcı çalışacaq və hər biri də yeni-yeni cövhərlər əldə edəcək.
Bu yöndə görülmüş və görüləcək işlərin dünya mədəniyyətinin bir parçası olan türk mədəniyyətinin (ictimai fikrinin, mənəvi aləminin) bəşəriyyətin yüksəlişindəki rolunu önəmli faktlarla ortaya qoyacağına ümid edirik.

Cahid İsmayıloğlu
13 sentyabr, 2008

 

 



Biblioqrafik göstəricilər
1. Azərbaycan dilində
2. Türk dilində
3. Özbək dilində
4. Uyğur dilində
5. Qazax dilində
6. Türkmən dilində
7. Tatar dilində
8. Başqırd dilində
9. Tacik dilində
10. Fars dilində
11. Çin dilində
12. Yapon dilində
13. Rus dilində
14. İngilis dilində
15. Alman dilində
16. Fransız dilində
17. İtalyan dilində
18. Macar dilində

 



© 2007 WebStudio.AZ
Copyright © 2009 Cahid İsmayıloğlu / www.cahidismayiloglu.com; www.ismayiloglu.com; www.cahid.info.